Məktəblərdə saxta diplomlarla işləyən müəllimlərin sayı açıqlanıb

3 Dekabr 2011 11:39 (UTC+04:00)

Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə saxta diplomla işləyən müəllimlərlə bağlı apardığı araşdırmalarının nəticəsini açıqlayıb. SİA-nın verdiyi xəbərə görə, nazir kollegiya iclasında bildirib ki, bu gün Azərbaycanda 150 min dən çox müəllim işləyir. Onların 31, yəni 58 min nəfərindən çoxunun təhsil sənədi ilə bağlı araşdırma aparılıb. Araşdırmalar nəticəsində orta məktəblərdə saxta diplomla 455 nəfərin işlədiyi məlum olub. Qeyd edək ki, həmin şəxslər işdən azad ediliblər. Araşdırmalar nəticəsində 260 nəfərin lisenziyası olmayan ali təhsil müəssisələrinin diplomları əsasında, 11 nəfərin özəl məktəblərin arayışları, 54 nəfərin isə müxtəlif kursların vəsiqələri əsasında işlədiyi məlum olub.

Belə araşdırmaların davam edilməsini vacib sayan Mərdanovun sözlərinə görə, saxta diplomla işləyən müəllimlərin çoxu-149 nəfəri ibtidai sinif müəllimi olub.

Əgər ehtiyac olarsa, yanvarda yenidən müəllimlərin işə qəbulu üçün imtahan keçiriləcəyini deyən nazir qeyd edib ki, imtahanlar həm Bakı, həm də regionlar üzrə keçiriləcək. Artıq bu barədə yerlərə məlumat göndərilib.

Təhsil naziriliyi müəllimlərin dərs yükünün artırılmasını təklif edir. Nazirlər Kabinetinin mövcud qərarına görə, müəllimlərə 24 saatdan çox dərs saatı verilə bilməz. Təhsil nazirliyinin müəllimlər üçün əlavə 12 saat əvəzçiliklə dərs verilməsi təklifini irəli sürüb. Bununla bağlı təklif Nazirlər Kabineti və Maliyyə Nazirliyinə göndərilib. Amma hələ müraciətə cavab verilməyib.

Narahat edici faktlardan biri odur ki, qrupda şagirdlərin sayı 15 nəfərdən 20 nəfərə qaldırılıb. Bu da hamını çox narahat edir. Bu bəndin tətbiqi sinif komplektləırinin sayının 2000 -dən çox azalmasına səbəb olub.


Könül Kamilqızı