İraqda partlayış: 15 yaralı

3 Dekabr 2011 08:52 (UTC+04:00)

İraqın Kərkük şəhərində baş vermiş partlayışda 15 nəfər yaralanıb. SİA-nın xəbərinə görə, bu axşam Kərkük şəhərinin müxtəlif ərazilərində 4 yerdə yol kənarlarına yerləşdirilən bombaların partlaması polislərində yaralanmasına səbəb olub. Onlar ağır vəziyyətdə dərhal xəstəxanalara yerləşdirilib. Hadisə yerində araşdırmalar davam etdirilir.