Qala-Pirallahı yolunda ağır yol qəzası baş verib

2 Dekabr 2011 18:32 (UTC+04:00)

Qala-Pirallahı yolunda Bakı şəhər sakini Telman Əliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillə Abşeron rayon sakini Əliağa Mərdanovun idarə etdiyi "Kamaz" markalı yük maşını toqquşub. SİA-nın xəbərinə görə, nəticədə "VAZ-2106" markalı avtomobilin sürücüsü T.Əliyev hadisə yerində ölüb, sərnişinləri - qızı Günel və Zərifə Novruzova 3 saylı Bakı şəhər xəstəxanasına aparılıb.