Zəlimxan Məmmədli: \"Gürcüstanla Azərbaycan arasında hər hansı bir öhdəliklər yoxdur\" - MÜSAHİBƏ

2 Dekabr 2011 17:58 (UTC+04:00)

Borçalı cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin SəsTv-yə müsahibəsi


- Gürcüstan Parlamenti Gürcüstanda doğulmuş, amma xaricdə yaşayan vətəndaşların ölkəyə vizasız gəlməsi ilə bağlı qərar qəbul edib. Bu qərar əslən Gürcüstandan olan Azərbaycan vətəndaşlarına necə şamil oluncaq?


- Bu qanunun qəbul onlunması yalnız müsbət çalarlı bir məsələdir və Gürcüstan milli hökumətinin cazibə qüvvəsini artırmağa, eyni zamanda regionda Gürcüstanın əhəmiyyətini yüksəltməyə hesablanın bir addımdır. Gürcüstanda doğulub boya-başa çatmasından asılı olmayaraq bu yalnız o gürcüstanlılara şamil olunur ki, onlar milliyətcə gürcüdülər. Burada xaricdə yaşayan həmvətənlər adlı bir status almaq məsələsindən söhbət gedir ki, bu da Gürcüstan əsilli, milliyyətindən, irqindən və dinindən asılı olmayaq bütün kəslərə aid olan bir qanundur. Bu qanunun üstün cəhəti ondan ibarətdir ki, bunlar Azərbaycan türklərinə də aiddir. Qeyd edək ki, bizim Gürcüstan köklü həm Avropada, həm ABŞ-da, həm də Rusiya və Azərbaycanda kifayət qədər Azərbaycan türkləri yaşayır. Onların Gürcüstanla əlaqəsinin qurulması dolayı yolla da olsa bir başa mili maraqlarımıza cavab verən bir məsələdir. Burda imtiyaz olaraq hansı dövlətdə yaşamasından asılı olmayaraq Gürcüstan konsulluğundan "Xaricdə yaşayan həmvətənlər" statusu adı altında şəhadətnamə almaqla 1 ay müddətində Gürcüstanda maneəsiz yaşaya bilərlər. Həmçinin həmin şəxslər üçün Gürcüstanda təhsil almaq və magistraturaya daxil olmaq üçün hər hansı bariyer yoxdur.

Hətta ölkə qanunvericiliyində Gürcüstan prezidentinin verdiyi belə bir sərəncam var ki, Gürcüstan köklü lakin xaricdə yaşayan insanlar hətta Gürcüstan vətəndaşlığını al bilərlər. Çox əfsuslar olsun ki, biz ondan geniş istifadə edə bilmədik. Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyinin notası oldu və bu da bizim qanunvericilyə zidd olduğu üçün birtərəfli qayda olaraq Azərbaycan vətəndaşları Gürcüstanda əlavə olaraq ikinci vətəndaşlıq ala bilməzlər.



- Gürcüstan prezidenti Saakaşvili Ermənistan prezidenti Serj Sarkisyanla görüşündə Qafqaz iqtisadi forumunun yaradılması təşəbbüsü ilə çıxış edib. Azərbaycanın 20% qədər torpaqlarını işğal edən Ermənistanla Gürcüstanın iqtisadi əlaqələr qurması nə dərəcədə düzgündür?


- Əlbəttə ki, iki dövlətin münasibətləri sistemindən baxsaq, Gürcüstanla Azərbaycan arasında hər hans bir öhdəliklər yoxdur. Saakaşvilinin işlətdiyi ifadədən də göründüyü kimi "Regionda Dağlıq Qarabağ adlı bir problem bu ideyaların gerçəkləşməsi üçün ən ciddi maneədir". Əlbəttə ki, bütün bunlar bir dövlət olaraq Gürcüstanın əhəmiyyətini artırmaq üçün regionda və Cənubi Qafqazda sabitlik istəyən bir dövlət olaraq imicinin formalaşmasına hesablanan təbliğat xarakterli bir məsələdir. Azərbaycanın ərazilərinin 20 faizini işğal etmiş və bu gün də aqressiv separatçılığı dəstəkləyən Ermənistanla bu cür formatda birləşmək qeyri mümkündür. Bununla belə birlik, vəhdət və Cənubi Qafqazın bütövlüyü ideyaları bütün hallarda dəstək qazanmalıdır.



- Gürcüstanda yaşayan azərbaycanlıların çox vaxt hüquqları pozulur. Bütün bunlarla bağlı sizin rəhbərlik etdiyiniz qurum - \"Borçalı\" cəmiyyəti bu problemlərin aradan qaldırılmasında nə kimi rol oynayıb?


- Borçalı cəmiyyətinin yaranmasında o fəlsəfə durur ki, Şimalı Azərbaycanın sərhədlərində kompakt halda yaşayıb özünü təsdiq edən yalnız borçalı türkləridir. Müəyyən mənada Dərbənd əlimizdən gedib və təsir imkanlarımız sıfıra enib. Cənubi Azərbaycan farsın əsarətindədir. Təbii ki, Gürcüstan ərazisində 500 mindən yuxarı soydaşlarımız Borçalı türkləri min illərdir həmin ərazisə yaşayırlar. Onlar artıq özlərinə məxsus mədəniyyət və folklor yaradıblar. 1991-1992-ci illərdə Gürcüstan müstəqilliyini elan etdikdən sonra 30-dan çox tarixi kənd adları var idi ki, onları bir gün içində dəyişdilər. Gürcüstan burada çox tarixi ədalətsizlik edib. Gürcüstanın indiki siyasi hakimiyyəti keçmişlə birbaşa məsuliyyət daşıyır ki, bu da Borçalı türklərinin təməl haqqı pozulub. Gürcüstan dərk edir ki, Borçalı türkləri ilə yalnış davranış mahiyyət etibarı ilə Cənubi Qafqazda Saakaşvilinin istədiyi birliyi geniş şəkildə poza bilər. Əgər Gürcüstan mənfi və yuxarıdan aşağı baxma tendensiyasından ələ çəkməzsə bu proseslər başqa istiqamətdə gedə bilər və onlar da bunu nəzərə alsa yaxşı olar. Qeyd edim ki, bizim təhsillə bağlı prinsipial mövqeyimzi var. Belə ki, milli təhsilimiz qorunmalı və inkişaf etməlidir. Əsas hədəflərimizdən biri isə Borçalıda ali təhsil müəssisələrinin intensiv şəkildə artmasına nail olmaqdır.