DSMF Beynəlxalq əlillər gününü qeyd edib

2 Dekabr 2011 17:16 (UTC+04:00)

BMT Baş Assambleyasının 14 oktyabr 1992–ci il tarixli qətnaməsi ilə hər il BMT-yə üzv olan ölkələrdə 3 dekabr Beynəlxalq əlillər günü kimi qeyd edilir. SİA-nın xəbərinə görə, əlilliyi olan insanların problemi, onların azadlıq və şəxsi toxunulmazlıq hüquqlarının müdafiəsi, bu sahədə beynəlxalq norma və standartların həyata keçirilməsi ilə bağlı maarifləndirmənin artırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət qurumları, həmçinin aidiyyəti QHT-lərin nümayəndələri ilə birgə dəyirmi masa keçirilib.

Bu günün qeyd olunması əlilliyi olan insanların ləyaqət, hüquq və rifahına dəstəyi irəli çəkmək və həmçinin məhdud imkanlı insanların siyasi, sosial və mədəni həyatın bütün aspektlərinə cəlb edilməsi, insan hüquqlarına tam və bərabər riayət edilməsi və onların cəmiyyətin bütün sferalarında iştirakına nail olunması, bu insanların problemləri barədə məlumatın artırılması, əlil insanların sosial adaptasiyası ilə bağlı maarifləndirmənin artırılmasına xidmət edir.