Pele yenə Leonel Messiyə \"ilişdi\"

2 Dekabr 2011 15:45 (UTC+04:00)
Dünya futbolunun canlı əfsanələrindən sayılan braziliyalı Pele, yenə də argentinalı Diyeqo Maradonanın həmyerlisi olan Leonel Messiyə \"sataşıb\". Siasport.az saytı xəbər verir ki, daima anti-argentinalı kimi tanınan qocaman braziliyalı futbol əfsanəsi, bu dəfə də ənənəsinə sadiq qalıb. Belə ki, Pele \"Santos\" klubunda çıxış edən həmyerlisi Neymanın, \"Barselona\"nın ulduz futbolçusu argentinalı L.Messidən daha bacarıqlı və texnikalı futbolçu olduğunu deyib. Gələn həftə start götürəcək Dünya Klublar Çempionatı barədə danışan Pele, \"Santos\" və \"Barselona\"nın qarşılaşmasının olduqca maraqlı olacağını, hər iki klubun məhz finalda üz-üzə gəlmək ehtimalının yüksək olduğunu da dilə gətirib.