Vatikan bu dəfə yadplanetliləri xaç suyuna çəkəcək

2 Dekabr 2011 14:08 (UTC+04:00)

Roma Papasının baş münəccimi doktor Qay Konsolmanyo bildirib ki, yadplanetli şüurun nümayəndələrini görməyə çox şad olardı. "The Telegraph"-a istinadən verilən xəbərə görə, Konsolmanyo hətta onları xristianlığa dəvət etmək fikrini də gizləməyib.

Münəccim izah edib ki, katolik kilsəsi Yerdənkənar sivilizasiyanın mövcudluğunu şübhə altına almır: "Hansısa başqa planetdə həyat tapılsaydı, sevinərdim, amma bu həyat şüurlu həyat olsa, ikiqat sevinərdim. İstənilən varlıq necə görünməsindən asılı olmayaraq, ruha malikdir".

Konsolmanyonun sözlərinə görə, ruhun əsas əlamətləri – şüur, sevmək qabiliyyəti və azad seçim imkanı - təkcə insanlara deyil, bütün canlılara xasdır.

O bildirib ki, Vatikan hətta gələcəkdə kosmosa missionerlər göndərmək və yadplanetliləri xaç suyuna çəkmək fikrindədirlər.