Məktəblilər arasında keçirilən şahmat üzrə yarışın qalibləri müəyyənləşib

2 Dekabr 2011 14:00 (UTC+04:00)
Respublika Şahmat Mərkəzində Bakı şəhər məktəbliləri arasında XXIV spartakiadanın proqramına daxil olan şahmat üzrə yarışın qalibləri müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ), Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən spartakiadada 11 komandanın tərkibində 66 idmançı mübarizə aparıb. Yarışın nəticələrinə görə 1-ci yeri Nizami rayonu 238 nömrəli, 2-ci yeri Yasamal rayonu Gənc İstedadlar liseyi, 3-cü yeri isə Səbail rayonu 160 nömrəli klassik gimnaziyanın komandası tutub. Bu komandalar BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.