Sumqayıtda funikulyor inşa olunacaq

2 Dekabr 2011 13:48 (UTC+04:00)

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Sumqayıt şəhər Nəsimi parkında bərpa işləri aparılır. Belə ki, həmin park sıfırdan başlayaraq yenidən inşa olunacaq. Bunu SİA-ya açıqlamasında Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov bildirib: "Parkda Avropa təcrübəsi əsasında xüsusilə də Kann şəhərinə uyğun formada Mariananın, yaxtalar üçün limanların inşası nəzərdə tutulub. Mərhələli şəkildə əvvəlcə parkda çimərlik, park və şəhər inşa olunacaq".

İcra başçısı Funikulyorun da inşa olunacağı parka görə, Sumqayıtın Cənubi Qafqazda ilk şəhər olacağını sözlərinə əlavə edib: "Bütün bunlarla yanaşı şəhərdə mövcud olan çirkab sular təmizlənərək abadlıq işləri görüləcək. Bunun bariz nümunəsidir ki, Azərbaycan dünyanın ictimai-siyasi həyatında mühüm rol oynayıb" - deyə Eldar Əzizov deyib


Ceyhun Eyyubov