Sport-Ekspress» qəzeti Moskva «Dinamo»sunun fovardı Aleksandr Səmədovu mükafatlandırdı

2 Dekabr 2011 13:11 (UTC+04:00)
Rusiyanın nüfuzlu idman nəşri sayılan "Sport-Ekspress" qəzeti azərbaycanlı futbolçu, Moskva "Dinamo"sunun fovardı Aleksandr Səmədovu, 2011-2012-ci il mövsümünun təsnifat mərhələsində Rusiya Premyer Liqasının ən yaxşı sağ cinah yarımmüdafiəçisi seçib. Siasport.az saytı xəbər verir ki, bu futbolçu daha çox Azərbaycan milli komandasında çıxış etməkdən imtina etməsi ilə yadda qalıb.