Avropa yenə ölümlə üz-üzə

1 Dekabr 2011 19:28 (UTC+04:00)
Avstriya paytaxtında ağır bağırsaq infeksiyası nəticəsində ölümlərə səbəb olan bağırsaq çöpü (EHEC) bakteriyası yenidən aşkar edilib. Avstriyada 16-sı ağır olmaqla 88 adamda EHEC virusu müəyyən olunub, 2 nəfər isə ölüb. SİA-nın verdiyi məlumata görə, EHEC virusunun Vyananın Ottakring məhəlləsində "Interspar" adlı ərzaq mağazaları şəbəkəsinin satış obyektlərində donuz ətindən hazırlanan salalarda və qurudulmuş donuz ətində təsbit edildiyi açıqlanıb. Avstriya Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, "Loidl" adlı firmanın donuz ətindən hazırladığı bütün məhsullar toplanaraq satışdan çıxarılıb. "Escherichia coli" (bağırsaq çöpü) adlanan bakteriya xüsusilə böyrəyi funksiyasız hala gətirir. İnfeksiya heyvanlarla birbaşa təmasdan, bakteriyalı yeməklərdən və pasterizə edilməmiş süd ilə yoluxur. Bağırsaq infeksiyası xəstəliyinin simptomları zəiflik, tərləmə və qanlı ishal hallarıdır. Qeyd edək ki, Avstriya ilə yanaşı Almaniyada virusun yayılmağa başladığı gündən bu vaxta qədər 9 min adam bu xəstəliyə tutulub.