“Rabitə” Fransanın “Mulhauz” klubunu darmadağın etdi!
1 Dekabr 2011 19:12 (UTC+04:00)
Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət "Rabitə" klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ilk oyununa çıxıb. Siasport.az saytı xəbər verir ki, ilk oyununu evdə keçirəcək Azərbaycan çempionu "Sərhədçi" İdman Kompleksində Fransanın "Mulhauz" klubu ilə görüşüb. "Rabitə" Fransadan olan rəqibi "Mulhauz"u darmadağın edib - 3:0 (25:15, 25:13, 25:21)