Arda Turan \"Atletiko\"nu 1/16 finala daşıdı, \"Tottenhem\" isə Afinada \"PAOK\"a uduzdu!

1 Dekabr 2011 13:02 (UTC+04:00)
Dünən axşam UEFA Avropa Liqasının V-ci turunun oyunları start götürüb. Siasport.az saytı xəbər verir ki, bu dəfə turun matçları 1 yox, 2 gündə keçirilir. 24 oyun günlər üzrə bərabər şəkildə bölünüb.
Dünən axşam keçirilən qarşılaşmalardan sonra artıq bir sıra komandalar 1/16 finala vəsiqəni təmin ediblər. Türkiyə yığmasının futbolçusu Arda Turanın çıxış etdiyi Madrid "Atletiko"su Şotlandiyada çətin sınağa çıxıb. Amma məhz A.Turanın vurduğu yeganə qol sayəsində İspaniya təmsilçisi artıq növbəti mərhələyə qədəm qoyub. Bundan başqa Rusiya təmsilçisi olan "Rubin" "Şemrok Rovers"u 4:1 hesabı ilə darmadağın edib. İngilis komandası olan "Tottenhem" isə Afinada \"PAOK\"a 1:2 hesabı ilə məğlub olub. Keçirilən qarşılaşmaları və qeydə alınan nəticələri diqqətinizə çatdırırıq:

A qrupu
"Rubin" (Rusiya) – "Şemrok Rovers" (İrlandiya) - 4:1
"Tottenhem" (İngiltərə) – PAOK (Yunanıstan) – 1:2
B qrupu
"Standard" (Belçika) - "Hannover" (Almaniya) – 2:0
"Vorskla" (Ukrayna) – "Kopenhagen" (Danimarka) – 1:1
C qrupu
"Rapid" (Avstriya) – "Hapoel" (Təl-Əviv, İsrail) – 1:3
"Legiya" (Polşa) – PSV (Hollandiya) – 0:3
G qrupu
"Malmö" (İsveç) – "Alkmaar" (Hollandiya) – 0:0
"Metallist" (Ukrayna) – "Austriya" (Avstriya) – 4:1
H qrupu
"Maribor" (Sloveniya) – "Brügge" (Belçika) - 3:4
"Braqa" (Portuqaliya) – "Birmingem" (İngiltərə) – 1:0
İ qrupu
"Renn" (Fransa) – "Udineze" (İtaliya) – 0:0
"Seltik" (Şotlandiya) – "Atletiko" (İspaniya) – 0:1