Mətbuat Şurasının sədri jurnalistlərin nəqliyyat vasitələrindən pulsuz istifadə etmələrinin təmin etməsi üçün müraciət edib
30 Noyabr 2011 12:46 (UTC+04:00)
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərin nəqliyyat vasitələrindən pulsuz istifadə etmələrinin gündəmə gətirilməsinin tərəfdarıdır. SİA-nın məlumatına görə,bunu jurnalistlərə açıqlanmasında Mətbuat Şurasının sədri bir vaxtlar təkcə jurnalistlər üçün deyil, müəyyən qrup insanlar üçün nəqliyyat vasitələrindən istifadənin pulsuz olduğunu da əlavə edib. "Həmin qrup insanlardan, o cümlədən jurnalistlərdən bu güzəştlər geri alındı. Bununla bağlı müxtəlif kütləvi informasiya vasitələri də lazımi qurumlarla əlaqə saxlayaraq, müəyyən razılıq əldə etməlidir.Ancaq bu məsələ mütəmadi olaraq, şuranın gündəmindədir". Sədr bununla bağlı müvafiq qurumlara müraciətlər də edildiyini də bildirib.