Tehranda tələbələr İngiltərə səfirliyini ələ keçirdilər

29 Noyabr 2011 17:18 (UTC+04:00)
Tehranda tələbələr İngiltərə səfirliyini ələ keçirdilər. SİA-nın İranın "CAHAN" agentliyinə istinadən verdiyi məlumata görə, bu gün saat 14 radələrində başlayan universitet tələbələrinin İngiltərə səfirliyi qarşısında keçirdikləri nümayiş, sonda tələbələrin səfirlik binasına daxil olması ilə nəticələnib. Verilən məlumata görə, tələbələr İngiltərə bayrağını endirərək İran bayrağını onun yerinə sancıblar. Onlar bütün maneələrdən keçərək səfirlik binasına daxil olublar. Hal hazırda 100-ə kimi tələbə səfirlik binasının içində İmam Hüseynə (ə) məxsus ziyarətnaməni (Aşura ziyarətnaməsi) oxumaqla məşğuldular.