"Knessetin "erməni soyqırımı"nı tanımaq şansı yoxdur. Azərbaycanla əlaqələrimizi poza bilmərik. Azərbaycan islam dünyasındakı strateji tərəfdaşımızdır. Yüz il öncə olan hadisələr üçün bu münasibətlərimizi poza bilmərik". SİA-nın "Habertürk"ə istinadən verdiyi məlumata görə, bunu İsrail xarici işlər nazirinin müavini Danni Ayalon bildirib.
Onun sözlərinə görə, İsrail hökuməti populist qərarlara qarşıdır və bu kimi davranışları qəbul etmir.