Rəcəb Tayyib Ərdoğan bıçaq altına düşdü

28 Noyabr 2011 18:29 (UTC+04:00)

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan əməliyyat olunub. SİA-nın türk mətbuatına istinadən xəbərinə görə, R. T. Ərdoğan ötən həftə sonu bağırsaq şikayəti ilə İstanbuldakı Mərmərə Universitetinin xəstəxanasına aparılıb və əməliyyat olunub. Onun bu axşam xəstəxanadan evə buraxılacağı bildirilir.