\"İqtisadçı” CEV kuboku yarışlarında ilk oyununu “Dinamo Romprest” klubuna qarşı keçirəcək

28 Noyabr 2011 16:55 (UTC+04:00)

Voleybol üzrə qadınlar arasında keçirilən CEV (Avropa Voleybol Konfederasiyası) kuboku yarışlarının 2011/2012-ci il mövsümündə Azərbaycanı "İqtisadçı" klubu təmsil edəcək.
Siasport.az saytı xəbər verir ki, "İqtisadçı" ilk oyununu noyabrın 29-da Bakı İdman Sarayında Rumıniyanın "Dinamo Romprest" komandasına qarşı keçirəcək. Cavab görüşü isə dekabrın 7-də Rumıniyanın paytaxtı Buxarest şəhərində oynanılacaq.