İvo Vayql “Münaqişənin həllində ATƏT üzərinə düşən işi lazımınca yerine yetirir”

28 Noyabr 2011 14:44 (UTC+04:00)

"Daglıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Ermənilər tərəfindən işğal edilmiş Azərbaycan torpaqları tezliklə işğaldan azad edilməli və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdır" SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, bunu Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü İvo Vayql mətbuata acıqlamasında bildirib: "Münaqişənin həllində ATƏT üzərinə düşən işi lazımınca yerinə yetirir. Ancaq mən ATƏT fəaliyyəti ilə 12 ildir ki yaxından tanış olduğum üçün deyə bilərəm ki, bu münaqişəni ATƏT tək başına həll edə bilməz. Amerika və Rusiya kimi dövlətlər də münaqişənin həllində səy göstərməlidir. Xususi ilə Rusiya daha cox iş görməlidir, çünki Rusiyanın təsir gücü daha böyükdür. Avropa Parlamenti də münaqişənin həlli üçün daim səylərini göstərəcək".


Şamxal Adıgözəlov