Metyu Brayza: “İranın hərbi bəyanatları ABŞ-ın Azərbaycandakı səfirliyinin işinə heç bir təsir göstərməyib”

28 Noyabr 2011 13:26 (UTC+04:00)

Minsk Qrupu həmsədrlərinin Bakıya səfəri zamanı müzakirə olunacaq məsələlərdən biri də son vaxtlar cəbhə xəttində baş verən insidentlər olacaq. SİA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bildirib. Səfərdən bundan əlavə xüsusi bir yenilik gözləmədiyini deyən səfir həmsədrlərin danışıqlar prosesinə əlavə enerji gətirə biləcəyini vurğulayıb.

M. Brayza Dağlıq Qarabağin azərbaycanlı və erməni icmaları arasında görüş təşəbbüslərini dəstəklədiyini vurğulayıb: "Hesab edirəm ki, azərbaycanlılar və ermənilər arasında təmaslar intensiv olmalıdır. Yalnız belə olduğu təqdirdə, ümumi dil tapmaq mümkün olacaq. Mən indi masanın üstündə nə olduğundan xəbərdaram. Özüm də bu işə töhfə vermişəm. Məncə, tərəflər arasında etibar olarsa, çərçivə sazişi üzərində işi başa çatdırmaq mümkündür. Sonra isə mümkün qədər tez əsas saziş üzərində işə başlamaq olar".

Səfri həmçinin son vaxtlar İran ətrafında vəziyyətin gərginləşməsi və Tehranın hərbi bəyanatları ABŞ-ın Azərbaycandakı səfirliyinin işinə heç bir təsir göstərmədiyinidə xatırladıb: "Tehranın bütün bu bəyanatlarına bizim paytaxtımız münasibət bildirir, biz isə işimizi davam etdiririk".