Rafael Hüseynov: “Azərbaycanda mədəniyyət sahəsi ilə bağlı yeni qanun layihələrinin hazırlanması zəruri məsələdir” - MÜNASİBƏT

26 Noyabr 2011 17:14 (UTC+04:00)

"Azərbaycanda mədəniyyət sahəsi ilə bağlı yeni qanun layihələrinin hazırlanması zəruri məsələdir". SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Rafael Hüseynov deyib.

R.Hüseynov bildirib ki, bu qanunların qəbulunu qoşulduğumuz bir sıra beynəlxalq konvensiyalar, xüsusilə, YUNESKO-nun bu yöndəki konvensiyaları zəruri edir. Onun sözlərinə görə, bu baxımdan, muğam sənəti haqqında qanun layihəsi bir nümunədir.

Mədəniyyət sahəsi ilə bağlı bir sıra sahəvi qanunların hazırlanmasına ehtiyac olduğunu deyən R.Hüseynov qeyd edib ki, "Qobustan haqqında", "İçərişəhər haqqında", "Göy-göl haqqında", həmçinin, miniatür, aşıq-ozan sənəti haqqında qanun layihələri hazırlanıb qəbul edilməlidir.