Prezident İlham Əliyev Albaniyanın dövlət başçısı Bamir Topiyə təbrik məktubu ünvanlayıb

26 Noyabr 2011 16:18 (UTC+04:00)

Prezident İlham ƏliyevAlbaniya Respublikasının Prezidenti Zati-aliləri cənab Bamir Topiyə təbrik məktubu ünvanlayıb. SİA-nın xəbərinə görə, məktubda bildirilir: "Albaniya Respublikasının milli bayramı – Bayraq günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.Ümidvaram ki, Azərbaycan-Albaniya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Albaniya xalqına sülh və tərəqqi arzulayıram\".