Bakı Beynəlxalq Avtovağzalının yaxınlığından keçən qaz kəmərində baş verən partlayışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər bu gündə davam edir. ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) \"Azəriqaz\" İstehsalat Birliyindən verilən məlumata görə, hadisənin baş verdiyi ərazidə - Biləcəri qəsəbəsi ərazisində təmir-qaynaq işləri aparılır. Hazırda qaz kəmərinin partlayan hissəsində son qaynaq işləri gedir.
Bu gün səhər saatlarından Binəqədi rayonu ərazisinin bir hissəsinə qaz verilişi bərpa olunub şəhərinin 1, 2, 3, 4 və 5-ci mikrorayonlarında qaz təchizatının bərpası üzrə işləri davam etdirir. Nəsimi rayonunun isə axsam saatlarında mavi yanacaqla təmin olunacağı gözlənilir. Hadisənin hansı səbəbdən baş verməsi isə aparılan araşdırmalardan sonra məlum olacaq.