Restoranda unudulub qalan çantadan 1 milyon dollar nəğd pul çıxdı

22 Noyabr 2011 19:28 (UTC+04:00)
Avstraliyada restoranda yaddan çıxıb qalan çantadan 1 milyon dollar nəğd pul çıxdı. SİA-nın verdiyi xəbərə görə, Polis Sidneydəki İtalyan restoranında unudulan "ağzına kimi dolu pul"çantasının sahibini tapmaq üçün axtarışlar aparılır. Restoran sahibi isə 30 yaşlarında bir kişinin çantayla restorana gəldiyini daha sonra həyəcanla tələsik oranı tərk edərək çantasız getdiyini gördüyünü deyir.

Hazırda çantanın sahibinin kimliyi araşdırılır.