İstiliklə təchizat mövsümünə ayın 15-dən start verilsə də, hələ də paytaxt ərazisindəki bir çox bağçalarda istilik yoxdur. Havaların soyuq keçməsi ilə əlaqədar mövcud durum valideynlər arasında narazılıqlara səbəb olub. Onlar uşaqların soyuq hava şəraitində bağçalarda xəstələndiyindən şikayətlənirlər.
Oxşar problem paytaxt ərazisində yerləşən 153 və 157 saylı məktəblərində də yaranıb.
Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mövcud problemin aradan qaldırılması üçün tədbirlər görülür: "Azəristiliktəchizat" ASC məktəbəqədər təhsil müəssisələrini istiliklə təmin etmək üçün yerlərdə baxış keçirir və problem olan yerlərə avadanlıqlar quraşdırılır. Hələlik istilik olmayan bağçalar elektrik qızdırıcıları vasitəsi ilə qızdırılır".