Pakistan rəsmiləri Talibanla danışacaq

22 Noyabr 2011 09:54 (UTC+04:00)

Pakistan rəsmiləri Talibanla sülh danışıqları aparır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Pakistan vasitəçiləri və yüksək rütbəli pakistanlı Taliban komandiri bildirib ki, hökumət militant qrupla araşdırıcı mahiyyət daşıyan danışıqlara başlayıb.

Danışıqlar Əfqanıstanla sərhəddə Pakistan Talibanı və başqa yaraqlı qrupların əsas istinadgahı olan Cənubi Vəziristanın tayfa regionunu əhatə edir. Danışıqlarda əsir mübadiləsi də müzakirə edilib. Danışıqlar həssas olduğuna görə komandir və vasitəçilər öz adlarını açıqlamayıblar.