Noyabrn 25 də növbəti Günəş tutulması hadisəsi baş verəcək

21 Noyabr 2011 21:46 (UTC+04:00)
Noyabrn 25 də növbəti günəş tutulması hadisəsi baş verəcək. N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyevin SİA-ya verdiyi məlumata görə, noyabrın 25-də baş verəcək Günəş tutulması ilə əlaqədar insanlarda narahatlıq hissinin yaranmasına əsas görmür.

"Günəş tutulması ilə əlaqədar insanlarda narahatlıq hissinin yaranmasına əsas yoxdur. Bu hadisə ildə ən azı 2 dəfə qeydə alınır. Belə tutulmaların indiyədək hansısa təsirinin olduğu aşkar edilməyib", - Quliyev bildirib. Rəsədxana direktoru deyir ki, noyabrın 25-də baş verəcək Günəş tutulmasını Azərbaycandan müşahidə etmək mümkün olmayacaq. Bu hadisə Cənubi Afrika, Antarktida, Yeni Zelandiya tərəfdən görünəcək.