Azərbaycan dəmiryolları şəbəkəsində 2010-2014-cü illəri əhatə edən Dövlət proqramı çərçivəsində işlər aparılır. "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərov bildirib ki, hazırda Bakı-Böyük Kəsik istiqamətində işlər aparılır. Artıq 23 km təmir edildiyini deyən sədr vurğulayıb ki, məqsəd 2014-cü ilin sonuna kimi saatda 140 km getməkdən ibarətdir.
"Bundan əlavə, yeni paravozların alınması, dəyişən cərəyana keçməsidir. Rabitə işarə vermənin sağlamlaşdırma və müasirləşdirilməsidir. Bu yaxınlarda Slovakiyada təmir edilən yeni 5 vaqon Azərbaycan gətirilib. Bu günlərdə onlar dəmiryolunda istifadəyə veriləcək. Onun üzərində də hazırda işlər gedir", - deyə o əlavə edib.