Bakı şəhərində silahlı insident baş verib. Xəzər rayon Prokurorluğundan verilən məlumata görə, hadisə bu gün saat 13.30 radələrində rayonun Zuğulba qəsəbəsində qeydə alınıb.
Qəsəbə ərazisində "Mercedes" markalı avtomobildə olan naməlum şəxslər iki nəfəri güllələyib. Güllələnən şəxslərdən biri hadisə yerində ölüb. Digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onların şəxsiyyəti müəyyənləşdirilir.
Hazırda hadisəni törədən şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.