Ukraynada sərbəst güləş üzrə beynəlxalq turnir keçirilir

21 Noyabr 2011 12:04 (UTC+04:00)
Ukraynanın Ternopol şəhərində sərbəst güləş üzrə məşqçi Boqdan Stsibaylanın xatirəsinə həsr olunmuş XX Beynəlxalq turnir başlayıb. Siasport.az saytı xəbər verir ki, Beynəlxalq Güləş Federasiyasının himayəsi altında keçirilən yarışlarda Ukrayna, Azərbaycan, Belarus, Latviya, Litva, Moldova və Rusiyadan 200-dək ən yaxşı idmançı iştirak edir. İki gün davam edəcək turnirin qaliblərinə qiymətli hədiyyələr təqdim olunacaq.