Yol polisi tərəfindən cərimələnən sürücülər onlara qarşı tətbiq edilən cəriməni \"Azərpoçt\" MMC-nin poçt şöbələrinə ödəməyə başlayıblar. \"Azərpoçt\" MMC-dən SİA-ya verilən məlumata görə, tətbiq edilən bu ödəmə üsulu vətəndaşların rahatlığına xidmət edir və razılıqla qarşılanıb: "Mərkəzi Bankın Kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş sistem vasitəsi ilə fəaliyyət göstərən sistem vasitəsi ilə sürücü sürücülük vəsiqəsinin seriyası və nömrəsini sistemə daxil edir və təyin olunmuş cəriməni ödəyir".