Meksikada vulkan püskürüb

21 Noyabr 2011 10:30 (UTC+04:00)

Meksikada "Popokatepetl" yanardağı fəaliyyətə keçib. SİA-nın xəbərinə görə, paytaxt Mexikonun 65 kilometr cənub-şərqindəki yanardağın 5 kilometr yüksəkliyə qədər tüstü və kül püskürdüyü açıqlanıb. Yanardağın ətrafında məskunlaşan sakinlərə isə hər hansı bir ziyanın dəymədiyi söylənilib.