Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 1,41 dollar və ya 1,4% azalaraq 1 barelə görə 97,41 dollar təşkil edib. SİA-nın xəbərinə görə, ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,66 dollar və ya 0,6% azalaraq 107,56 dollar təşkil edib.