Dünyanın ən böyük “Qurani Kərim”i - FOTOSESSİYA

19 Noyabr 2011 13:09 (UTC+04:00)

Dünyada ən böyük kitab sayılan və unikal şəkildə çap olunan müqəddəs "Qurani Kərim" kitabı Kazan şəhərinə gətirilib. 800 kq ağırlığında olan kitabın eni 1,5 m uzunluğu isə 2 metrdir. 632 səhifədən ibarət kitab şotland kağızından hazırlanıb. Müqəddəs kitabın üz qabığı isə qızıl, gümüş və qiymətli daşlarla bəzədilib. Dünyanın ən böyük müsəlman nəşrli kitabı artıq "Guinness" in rekordlar kitabına düşüb.

Qeyd edək ki, bu müqddəs kitab 2012-ci ilin yayına qədər Kazan şəhərində yerləşən "Qolşərif" məscidində saxlanılacaq.