\"Eurovision-2012\"nin hazırlıqları Cenevrədə müzakirə olunub

18 Noyabr 2011 19:26 (UTC+04:00)

Bu gün Cenevrədə \"Eurovision- 2012\" mahnı müsabiqəsi Məşvərət Qrupunun növbəti iclası başlayıb. SİA-nın məlumatına görə, iclasda \"Eurovision-2012\"yə hazırlıq işləri geniş müzakirə olunub. Bakıda mahnı müsabiqəsi ilə bağlı aparılan təşkilati işlərin hazırkı vəziyyəti nəzərdən keçirilib. O cümlədən \"Eurovision-2012\"nin konsepsiyası ilə bağlı fikir mübadiləsi olub.

İclasda bu günədək görülən işlər təhlil edilib və qarşıdakı prioritet məsələlər müəyyənləşib.