Oğurluq üstündə yaxalanan oğuru

18 Noyabr 2011 13:00 (UTC+04:00)
Paytaxtda oğurluğa cəhd göstərən şəxs yaxalanıb. Suraxanı rayonunun Ramana qəsəbəsi ərazisində qəsəbə sakini Musa Bayramov həmyerlisi Rasim Cəfərova məxsus mağazadan oğurluq etməyə cəhd göstərib. Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən iş başında yaxalanan Musa Bayramov tutularaq Sabunçu RPİ 12-ci PB-nə təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır.