Axtarışda olan şəxslər yaxalanıb

18 Noyabr 2011 11:51 (UTC+04:00)

Binəqədi Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olan Rövşən İsmayılov tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Rafiq Əliyev yaxalanıb.