Bakının "Neftçi" komandasının futbolçusu Bahodir Nasimov Özbəkistan milli komandasının heyətində iştirak edib. Siasport.az saytı xəbər verir ki, özbəkistanlı hücumçu, 2014-cü il dünya çempionatının seçmə mərhələsinin Tacikistan yığması ilə oyununda start heyətində meydana çıxıb. "Neftçi"nin forvardı, Özbəkistan milli komandasının 3:0 hesablı qələbəsi ilə başa çatan görüşdə 56 dəqiqə meydanda olub.