Nəqliyyatın İntellektual İdarə Edilməsi sistemi terrorla mübarizə aparacaq

16 Noyabr 2011 15:49 (UTC+04:00)

Nəqliyyatın İntellektual İdarə Edilməsi sistemi çərçivəsində paytaxtda 150-yə yaxın elektron tipli işıqfor quraşdırılacaq. Nəqliyyat Nazirliyindən SİA-ya verilən məlumatda o da bildirildi ki, üç hissədən ibarət olan layihənin dəyəri 96 milyon dollara çatdırılıb. Layihənin bahalaşmasına səbəb "Terror aktlarının qarşısını almaq üçün bir sıra tədbirlərin görülməsi haqqında" qərarın verilməsi olub. Bu məqsədlə yollarda videoaxınlar quraşdırılıb, informasiya terminallarının sayı 2 dəfə artırılıb. Eyni zamanda informasiya tablolarının sayı 20-dən 48 ədədə çatdırılıb. Hazırda sistemin quraşdırılması istiqamətində yekun tədbirlər görülür. İlin sonuna kimi sistem istismara veriləcək.