APA 7 yaşını qeyd edir

16 Noyabr 2011 10:05 (UTC+04:00)
Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar verən APA 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin il noyabrın 16-dan fəaliyyətə başlayıb. Agentlik Azərbaycan, rus, ingilis, ərəb və fransız dillərində xəbər xidməti göstərir. APA dünyanın bir çox analitik mərkəzləri, o cümlədən ABŞ-ın "Stratfor" Qlobal Məlumat Şirkəti ilə əməkdaşlıq edir. \"SƏS\" İnformasiya Agentliyi də bu münasibətlə həmkarlarını təbrik edir.