Gənclər üçün Təhsil Mərkəzi ölkəmizdəki əcnəbilər üçün növbəti "Azərbaycan dili Məktəbi"nə qəbul elan edib. SİA-nın xəbərinə görə, məktəbin əsas məqsədi ölkəmizdə təhsil alan, yaşayan və işləyən əcnəbilərin ana dilimizdə sərbəst danışmasına kömək etmək, dilimizin zənginliyini onlarla bölüşmək və Azərbaycanın milli dəyərlərinin təbliğinə kömək etməkdir.