Avropa Komissiyasının vitse-prezidenti Azərbaycana gələcək

14 Noyabr 2011 14:26 (UTC+04:00)

Avropa Komissiyasının vitse-prezidenti, strukturda nəqliyyat məsələlərinə cavabdeh olan Siim Kalas həftəsonu Azərbaycana səfər edəcək. Aİ-nin Bakı Ofisindən SİA-ya verilən məlumata görə, Kalasın başçılıq edəcəyi nümayəndə heyətinin Bakıya noyabrın 19-da gələcəyi gözlənilir.

Qeyd edək ki, Bakıya səfərdən əvvəl Kalas Gürcüstanda olacaq.