Ağır atletlərimiz London Yay Olimpiya Oyunlarına beş lisenziya qazanıblar

14 Noyabr 2011 13:33 (UTC+04:00)
Azərbaycanın ağır atletika üzrə milli komandası Fransada keçirilən dünya çempionatındakı çıxışına yekun vurub. Siasport.az saytı xəbər verir ki, kişilər arasında 79-cu, qadınlar arasında 22-ci dünya çempionatında Azərbaycan yığması uğurla çıxış edib. Belə ki, kişilərin yarışında idmançılarımızın əldə etdiyi 162 xal atletlərimizə 2012-ci ildə Londonda keçiriləcək 30-cu Yay Olimpiya Oyunlarına 5 lisenziya qazandırıb. Qadın idmançılarımız isə dünya çempionatında lisenziyaya əldə edə bilməyiblər.Qeyd edək ki, bununla da Azərbaycan idmançılarının qazandığı lisenziyaların sayı 28-ə çatıb.