Uğur Boral \"Qalatasaray\"lı azarkeşləri hədələdi!
12 Noyabr 2011 14:01 (UTC+04:00)
Dünən \"Türk Telekom Arena\"da keçirilən qarşılaşmada Xorvatiya millisinə 0:3 hesablı məğlubiyyət acısı yaşayan Türkiyə millisinin azarkeşlər tərəfindən fitə basılması, ciddi skandal yaradıb. Siasport.az saytı xəbər verir ki, xüsusi ilə \"Qalatasaray\"lı azarkeşlərin \"Fənərbaxça\"lı Volkan Dəmirəli və Əmrə Belazoğlunu təhqir etmələri, ciddi \"söz müharibəsinə\" yol açıb.
Belə ki, \"Fənərbaxça\"nın fovardı Uğur Boral, komanda yoldaşlarının azarkeşər tərəfindən təhqirə məruz qalmalrına sərt etirazını bildirib. O V.Dəmirəlin hazırda Türkiyənin ən yaxşı qapıçısı olduğunu deyən U.Boral, \"Fənərbaxça\"lı futbolçuları fitə basan \"Qalatasaray\"lı azarkeşlərin də \"Şükrü Saracoğu\"na gəlməmələrini tələb edib.