İtaliya su altında qalıb

11 Noyabr 2011 17:14 (UTC+04:00)

İtaliyanın Siciliya adasında yağmurlu hava şəraiti müşahidə olunur. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, əsasən kritik vəziyyət adanın Messina vilayətində qeydə alınıb. Güclü küləklə müşayiət olunan yağış vertolyot qəzasına səbəb olub. Nəticədə, 1 nəfər ölüb, daha 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Ərazilərdə baş vermiş subasmalar, sel axınları və torpaq sürüşməsi nəticəsində 17 nəfər ölüb 70 min əhali işıqsız qalıb. Yollarda nəqliyyatın hərəkəti çətinləşib. Sinoptiklərin sözlərinə görə, yağıntılar daha bir neçə gün davam edəcək. Yaranmış vəziyyətlə əlaqədar olaraq ərazilərdə müvafiq işlər görülür.