20 çörək sexinin fəaliyyəti dayandırılıb
11 Noyabr 2011 14:36 (UTC+04:00)
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi çörək və çörək məmulatları sexlərində monitorinqləri davam etdirir. Komitənin mətbuat xidmətindən SİA-ya verdiyi məlumata görə, aparılan araşdırmalar zamanı 20 çörək istehsalı müəssisəsinin fəaliyyəti dayandırılıb: "Problemlər əsasən kiçik sexlərdə qeydə alınır. Qüsur aşkarlanan sexlərə xəbərdarlıq edilir. Problem aradan qaldırılmazsa sexin fəaliyyəti dayandırılır".