"Xorvatiya ilə qarşılaşma Türkiyə millisinin sükanı arxasında sonuncu oyunum ola bilər"
11 Noyabr 2011 12:50 (UTC+04:00)
Bu gün axşam Xorvatiya millisi ilə İstanbulda pley-off qarşılaşmasına çıxacaq Türkiyə millisində, baş məşqçi Quss Hiddinqin verdiyi açıqlama kifayət qədər sensasiyalı sayıla bilər. Siasport.az saytı xəbər verir ki, neçə müddətdir ki, Türkiyə millisinin sükanı arxasından ayrılacağı ilə bağlı məlumatlar dolaşan hollandiyalı futbol mütəxəssisi, dünən İstanbulda keçirilən mətbuat konfransında, açıq şəkildə ayrılıq mesajı verib.
Belə ki, Q.Hiddinq AVRO 2012 çərçivəsində keçiriləcək Xorvatiya ilə qarşılaşmanın onun üçün sonuncu oyun ola biləcəyini dilə gətirib. Jurnalistlərin israrına baxmayaraq özünü təmkinli aparan Q.Hiddinq, yalnız Xorvatiya ilə cavab qarşılaşmasından sonra bir sıra məsələlərin konkret şəkildə həllini tapacağını dilə gətirib.