Dünyanın ən nəhəng sosial şəbəkələrindən olan "Facebook"da Azərbaycan gəncləri müğənni Nadir Qafarzadəyə qarşı çıxıb. SİA-nın
məlumatına görə, "Anti Nadir Qafarzadə" (www.facebook.com/azerba
İstifadəçiləri qəzəbləndirən və səhifəni yaratmağa vadar edən müğənninin dünən ANS telekanalının efirində yayımlanan "Günəbaxan"verilişində emosialı çıxışı olub. Nadir Qafarzadənin türk milləti haqda səsləndirdiyi fikirlər səhifə istifadəçilərinin qəzəbinə səbəb olub.
"Torpaqlarımızın 20%-ni ermənilər alıb, qalanını da gedin türklərə verin. Bəsdirin də, az "girin" türklərə. Bizim millətdə namus, qeyrət, qürur yoxdur. Türklər öz millətini, bayrağını, torpağını, dövlətini sevən xalqdır, bizim kimi deyil. Allah eləsin türk də gəlsin, o biri torpaqları alsın sizdən" - sözlərini canlı efirdə dilə gətirən Nadiri sosial şəbəkə üzvləri şiddətlə qınadı.
Müğənnin şəklinin üstündən belə xətt çəkən istifadəçilər təhqiredici ifadələr yazmaqdan çəkinməyiblər. Yazılan ismarıcı olduğu kimi təqdim edirik:
"Hörmətsiz, Qafarzadə bəlkə sizin namusunuz, qeyrətiniz, qürurunuz yoxdur, amma Azərbaycanın Mübariz kimi, Fərid kimi qeyrətli minlərlə oğulları, namuslu qızları var! Bəlkə sizin ailənizdə bu aspektlər yoxdur, amma Azərbaycanımızda çoxdur şərəflilər var. Xocalı soyqırım ildönümü günündə İsraildə tədbirdə camaatı şənləndirib, gəlib "Azərbaycan millətində namus, qeyrət, qürur yoxdur" sözünü deyə bilmərsiniz"- istifadəçilər yazıb.
Məsələyə ilə bağlı müğənni ilə əlaqə saxladıq. Nadir SİA-ya açıqlamasında olduqca emosional çıxış etdi: "Mənə qarşı səhifə yaradıblar? Əcəb ediblər! Onların damarlarında azəri qanı axmasına və milli düşüncələrinə şübhə ilə yanaşıram. Əsl Azərbaycan olan şəxs belə şeylər yazmaz. Ulu öndərimiz demişkən, mən fəxr edirəm ki, mən Azərbaycanlıyam! Yetər, burada nöqtə qoyuram".
Müğənniyə onun haqda təhqiredici ifadələr yazıldığını deyərkən o sözünün bitdiyini və bu haqda daha danışmayacağını dilə gətirdi: "Mənim sözüm bitdi".
Onu da qeyd edək ki, bu cür hadisə bir neçə vaxt öncə gənc müğənni Aynişan Quliyevanın da başına gəlib. İfaçı xanımı erməni müğənnisi ilə şəkil çəkdirdiyi üçün qınayan Azərbaycan gəncləri \"Anti Aynişan Quliyeva\" adlı səhifə yaradıblar.