Bayramı yasa çevrilənlər

10 Noyabr 2011 12:13 (UTC+04:00)

Bayram günlərində respublika ərazisində 21 nəfərin ölümü, 70 nəfərin isə yaralanması ilə baş verən 60-a yaxın yol qəzası baş verib. Dövlət Yol Polis İdarəsindən SİA-ya verilən məlumata görə, baş verən yol qəzaları daha çox ayın 6 və 7- ə təsadüf edib. Həmin günlərdə 17 nəfər dünyasını dəyişib.