Ermənistan prezidenti Serj Sarkisyan İrəvanda olan İran Xarici işlər naziri Əli Əkbər Salehini qəbul edib. SİA-nın xəbərinə görə, görüşdə Serj Sarkisyan iqtisadi sahədə İran ilə əməkdaşlığın genişlədiyini bildirərək "Bu gün Ermənistan-İran əlaqələri üst səviyyədədir. Ortaq proyektlərinin sayı getdikcə artır"-deyib. İran Xarici işlər naziri isə İranın dost dövlət olaraq Ermənistanla əlaqələri genişləşdirməyə hazır olduqlarını bildirib. Tərəflər daha sonra İran prezidenti Mahmud Əhmadinejadın Ermənistana edəcəyi səfərlə bağlı məsələləri müzakirə edib.